HR Meneceri Vakansiyası
Bizim dinamik komandamıza qoşulmaq üçün təcrübəli və peşəkar HR meneceri axtarırıq. Əgər siz insan resursları sahəsində ən azı 2 illik iş təcrübəsinə sahibsinizsə və bu sahədə kariyeranızı davam etdirmək istəyirsinizsə, sizi müraciət etməyə dəvət edirik.
Tələblər:
- İnsan resursları, biznes idarəçiliyi və ya oxşar sahədə bakalavr dərəcəsi.
- HR meneceri vəzifəsində minimum 2 illik iş təcrübəsi.
- Azərbaycan və rus dillərini səlis bilmə.
- Güclü ünsiyyət və liderlik bacarıqları.
- İR siyasətlərinin və proseslərinin yaradılması və tətbiqi təcrübəsi.
- Problem həll etmə və qərar qəbul etmə bacarıqları.
Vəzifələr:
- İşə qəbul prosesinin idarə olunması və namizədlərin seçimində iştirak.
- İşçi təlimi və inkişafı üzrə proqramların hazırlanması və həyata keçirilməsi.
- İşçi məmnuniyyətinin və performansının izlənilməsi.
- HR siyasət və prosedurlarının tətbiqi və monitorinqi.
- İR strategiyalarının və layihələrinin inkişaf etdirilməsi.
Biz təklif edirik:
- Rəqabətli əmək haqqı və sosial təminatlar.
- Peşəkar inkişaf və kariyera yüksəlişi imkanları.
- Müasir və dostluq mühiti.
Əgər bu vakansiya ilə maraqlanırsınızsa və tələblərə uyğun gəldiyinizi düşünürsünüzsə, CV-nizi info@city-leasing.comelektron poçt ünvanına göndərin.
Son müraciət tarixi: 15 Sentyabr 2024.