CITYLEASING.COM
GREENER THAN GREEN
0   /   100

City Leasing (Group) MMC 2025-ci ili mənfəətlə başa vurdu

City Leasing (Group) MMC-nin 2025-ci ildə də fəaliyyətinin əsas foksunu elektrik tipli, hibrid mühərrikli və kiçik həcmli şəhər tipli minik avtomobillərinin maliyyələşməsi təşkil edib. Cəmiyyət bununla Bakı şəhərinin ekolojı təhlükəsizliyinin təmin edilməsinə öz töhvəsini verməklə korporativ sosial məsuliyyətini davam etdirib. Belə ki, 2025-ci il ərzində Cəmiyyətinin protfelində elektrik tipli, hibrid mühərrikli və kiçik həcmli şəhər tipli minik avtomobillərinin ümumi cəkisi portfelin 50 faizindən artıq, o cümlədən elektrik tipli və hybrid mühərrikli avtomobillər isə 20 faizdən artığını təşkil edib.

Dövr ərzində Cəmiyyətin məcmu kapitalı 1 milyon manatdan artıq olub və fəaliyyətinin maliyyələşməsi tam həcmdə Cəmiyyətin təsisçiləri tərəfindən qoyulmuş sərmayə hesabına təmin edilib, faizli kredit və istiqrazların cəlb edilməsi həyata keçirilməyib ki, bu da Cəmiyyətə maliyyə vəsaiti üzrə xərclərin azalmasına və bazarda daha rəqabətli şərtlərin təklif edilməsinə imkan verib.

Dövr ərzində Cəmiyyət risklərin ehtiyatlı idarə olunması prinsipləriylə yanaşı, strateji inkişaf prioritetləri çərçivəsində müştəri və ekolojı yönümlü həllərinin hibrid tətbiqinin genişləndirilməsinə və əməliyyat xərclərin azaldılmasına yönəlmiş proseslərinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verib.

Cəmiyyətin 2025-ci ilin dördüncü rübünün sonuna vergiyə cəlb edilən xalis mənfəəti (gəliri) 76920 (yetmiş altı min doqquz yüz iyirmi) manat təşkil edib.