Lizinq maliyyə icarəsi formasıdır və avtomobilin lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avtomobil lizinqalanın mülkiyyətinə keçir. Özündə bank kreditini, icarəni, investisiya elementlərini cəmləşdirən lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.
Lizinq ilə kreditin fərqinə gəldikdə isə lizinqi kreditdən fərqləndirən üstün cəhətlər bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Misal üçün siz hər hansı bir avtomobili almaq üçün bankdan nağd olaraq pul götüməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaqdır. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə siz əldə etdiyiniz krediti, banka ödəməli olacaqsınız.Lizinq vasitəsilə isə hər hansı bir avtomobil aldığınız zaman sizdən bankla müqayisədə bir çox sənədlər tələb olunmayacaqdır. Siz isə həmin avtomobili əldə edəcəksiniz və hər ay onun haqqını ödəməli olacaqsınız. Sizdən sənədlərin tələb olunmamasının səbəbi isə aldığınız əşyanın sənədləri şirkətin adına qalacağı ilə bağlıdır. Daha sonra siz borcunuzu ödədiyiniz zaman həmin avtomobil sizin şəxsi mülkiyyətiniz hesab olunacaqdır. (Sekil 3- leave olunsun)